XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

01 May 2018 - 11:06

Əfqanıstanda amerikalı hərbçi ölüb- Hərbi əməliyyat zamanı

Əfqanıstanın şərqində keçirilən hərbi əməliyyat zamanı ABŞ qoşunlarının hərbçisi ölüb.

“Report” “TOLONews”a istinadən xəbər verir ki, ölən amerikalı ABŞ-ın gizli xidmət əməkdaşıdır.

Eyni zamanda, əməliyyat zamanı daha bir amerikalı hərbçi yaralanıb, onun vəziyyəti sabitdir.

Bu məlumatı ABŞ-ın Əfqanıstandakı qüvvələrinin komandanlığı təsdiqləyib.

Komandanlığın bəyanatında toqquşmalar zamanı Əfqanıstan təhlükəsizlik qüvvələrinin bir neçə üzvünün öldüyü və yaralandığı qeyd edilib.