XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

01 May 2018 - 14:57

Nikol Paşinyan:"Rusiya Ermənistanın strateji müttəfiqi olaraq qalacaq"

“Rusiyanı Ermənistanın strateji tərəfdaşı hesab edirik. Hərəkatımız bu münasibətlərə təhlükə yaratmır”.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistan müxalifətinin lideri, respublikanın baş naziri olmağa yeganə namizəd Nikol Paşinyan parlamentin iclasında deyib.

Onun sözlərinə görə, baş nazir seçiləcəyi təqdirdə Ermənistan Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olaraq qalacaq. “Bu, ümumxalq hərəkatın məntiqinə əsaslanır. Daxili həyatında və sosial-iqtisadi siyasətdə dəyişiklik tələb edən xalq xarici siyasətdə dəyişikliy tələb etməyib və etmir də”, – Paşinyan bildirib.

Müxalifətçinin fikrincə, ölkə eyni zamanda, İran, Avropa İttifaqı ölkələri və ABŞ ilə əməkdaşlığa davam edəcək.