XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

01 May 2018 - 21:14

Daşnaksütyun Partiyasının deputatı Paşinyana səs verməyəcəyini açıqlayıb

Daşnaksütyun Partiyasından olan deputat Aqvan Vardanyan baş nazir postuna müxalifətin namizədi Nikol Paşinyana səs verməyəcəyini bildirib.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

“Mən Nikol Paşinyanın fədakarlığı və qətiyyətini yüksək qiymətləndirirəm, onun arzularının dürüstlüyünə inanıram, ancaq şəxsi yanaşmalara üstünlük vermirəm. Paşinyan üçün səs verə bilmərəm”, – jurnalistlərə müsahibəsində A.Vardanyan deyib.

Onun sözlərinə görə, təmsil olunduğu Partiya müxalifətçi namizədi dəstəklədiyi üçün o, millət vəkili mandatını atmağa hazırdır.