XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 May 2018 - 22:17

Paşinyanın tərəfdarları geri çəkilmir- Qələbə çalanadək mitinq keçirmək niyyətindədirlər

Ermənistanda müxalifət lideri Nikol Paşinyanın tərəfdarları Respublika meydanında “qələbə çalanadək” mitinq keçirməyə hazır olduqlarını bildiriblər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, etirazçılar təslim olmağa hazırlaşmadıqlarını və lazım gələcək qədər mübarizə aparmağa hazır olduqlarını bəyan ediblər.

Onlar qeyd ediblər ki, sabah, birisigün və qələbəyə qədər, daha doğrusu Paşinyanın baş nazir seçilməsinə qədər mitinqə gəlməyə hazırdırlar.

Bu bəyanat Ermənistan parlamenti baş nazir seçə bilmədiyini elan etməzdən əvvəl verilib.

Bundan əvvəl məlum olub ki, Ermənistan parlamenti çərşənbə axşamı yeganə namizəd, müxalifət lideri Nikol Paşinyanı yeni baş nazir postuna seçə bilməyib.