XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 May 2018 - 23:15

Nigeriyada məscidə hücum:24 ölü

Nigeriyanın şimal-şərqində yerləşən Mubi şəhərində terrorçular ardıcıl iki partlayış törədib.

BBC xəbər verir ki, terror hücumu nəticəsində azı 24 nəfər həlak olub.

Terrorçu-kamikadzelərdən biri özünü məscidin içində partladıb, digəri isə yaxınlıqda yerləşən geyim dükanında partlayıcı kəmərini işə salıb. Ölənlərdən savayı onlarla insanın yaralandığı xəbər verilir.

Əsas şübhələr “Boko Haram” terrorçu qruplaşmasına yönəlib.