XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

02 May 2018 - 21:00

Ukrayna patriarxı Qərbi Moskvaya qarşı sanksiyaları davam etdirməyə çağırıb

 

Ukrayna Pravoslav Kilsəsinin başçısı patriarx Filaret Avropa İttifaqını onun ölkəsinin şərqində davam edən vəziyyətə daxili münaqişə kimi baxmamağa və Moskvaya qarşı sanksiyaları qüvvəsində saxlamağa çağırıb.

Mayın 2-də Brüsseldə, Avropa Parlamentində (AP) çıxış edən Filaret deyib ki, Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən və şərqi Ukraynadakı separatçılara dəstək verdikdən sonra, “təcavüzkarın özbaşına buraxılıb bütün ölkəni fəth etməsinə yol verilməməlidir”.

Filaret Kiyev patriarxlığını 1992-ci ildən onun bir vaxtlar bir hissəsi olduğu Moskva patriarxatından ayırıb. Moskva patriarxlığının Kremllə sıx bağları var.

Filaret bildirib ki, Rusiya Ukrayna xalqının cəsurluğunu yetərincə qiymətləndirməyib. Patriarx deyib ki, Ukrayna olmasaydı, Rusiya “Polşanın və Baltikyanı ölkələrin üzərinə gedəcək, orada da dayanmayacaqdı”. Ruhaninin sözlərinə görə bu mənada, Ukrayna “Avropanı xilas edib”.

Patriarx Avropa Parlamentini sanksiyaları saxlamaqla Moskva üzərinə təzyiqi davam etdirməyə çağırıb.