XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 May 2018 - 10:42

ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb:9 nəfər ölüb

ABŞ-ın Savanna şəhəri yaxınlığında (Corciya ştatı) С-130 Hercules tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarədə olanların hamısının öldüyü bildirilir.

Azərtac-ın məlumatına görə, CNN hərbi mənbələrə istinadla bildirir ki, təyyarənin göyərtəsində 9 nəfər olub.

Bundan qabaq hadisə nəticəsində azı 5 nəfərin öldüyü deyilirdi.

Məlumata əsasən, Puerto-Riko Milli Qvardiyasının 156-cı aviasiya bölməsinə məxsus təyyarə Arizona ştatı istiqamətində havaya qalxarkən qəzaya uğrayıb və avtomobil yolunun üzərinə çırpılıb. O da bildirilir ki, xoşbəxtlikdən həmin anda yol boş olub.