XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 May 2018 - 15:04

ABŞ-ın Suriyadakı təşkilatı qarşısında partlayış olub- 4 nəfər ölüb, 10 nəfər yaralanıb

Suriyanın şimal-qərbində ABŞ-ın humanitar yardım təşkilatının binası qarşısında partlayış törədilib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bu barədə İdlibin mülki müdafiə təşkilatının müdiri Mustafa Hac Yusuf məlumat verib. Hadisə nəticəsində biri qadın olmaqla, 4 nəfər ölüb, 10 nəfər yaralanıb. Partlayış əyalətin Dana rayonunda baş verib. Hadisə bomba quraşdırılmış avtomobillə törədilib. Partlayış nəticəsində çox sayda binaya ziyan dəyib.