XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

03 May 2018 - 17:05

Hindistanda qum fırtınası:bir sutkada 109 insan ölüb

Hindistanın şimal rayonlarını cənginə alan qum fırtınası səbəbindən bir sutka ərzində azı 109 nəfər həlak olub, 130-dan çox insan isə xəsarət alıb.

Azərtac xəbər verir ki, NDTV telekanalının yaydığı məlumata görə, ölüm faktlarının əksəriyyəti Uttar-Pradeş ştatında qeydə alınıb – 64 nəfər. Təbii fəlakət nəticəsində təkcə Aqra şəhərində 43 nəfərin öldüyü bildirilir. Həmçinin 31 nəfər qonşu Racastan əyalətində həyatını itirib.

Ölkənin meteorologiya xidmətinin proqnozun əsasən, yaxın iki gün ərzində təbii fəlakətdən əziyyət çəkən rayonlarda hava şəraitinin düzələcəyi gözlənilmir. Hökumət həlak olan və xəsarət alanların sayının artacağından ehtiyatlanır.