XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

03 May 2018 - 18:55

Türkiyə müxalifətinin prezidentliyinə namizədi açıqlandı

Müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) Türkiyə prezidentliyinə partiyanın üzvü Muharrem İncenin namizədliyini irəli sürüb.

Trend-in məlumatına görə, sabah CHP lideri Kamal Kılıçdaroğlu M.İncenin prezidentliyə namizədliyini rəsmən elan edəcək.

Qeyd edək ki, 54 yaşlı M.İnce 2014-cü ildən CHP-nin parlament qrupunun sədridir.

Xatırladaq ki, iyunun 24-də Türkiyədə növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 11 siyasi partiya qatılacaq.