XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

18 Aprel 2015 - 14:05

Putin İsrailə haqq qazandırdı

“İrana verilən hərbi texnika İsrailin müdafiə qabiliyyətini sarsıtmır”

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, RF-nın İrana S-300 ZRK satması müqabilində İsrail Ukraynaya silah tədarürk etsə, haqlıdır, lakin bu, əks-səmərəli olacaq.

Strateq.az Rusiya mətbuatına isnadən bildirir ki, Putin bu gün “Вести в субботу” proqramına verdiyi müsahibədə deyib: “Bu, İsrail rəhbərliyinin seçimidir. O, məqsədəuyğun bildiyini etməkdə haqlıdır. Düşünürəm ki, söhbət letal (öldürücü-red.) silahdan gedirsə, bu əks-səmərəli olacaq”.

Onun fikrincə, bu cür hərəkət yalnız “əlavə qarşıdurma burumuna, insan tələfatının artmasına” gətirib çıxardacaq.

Dövlət başçısı qeyd edib ki, İrana verilən hərbi texnika sırf müdafiə xarakterlidir və İsrailin müdafiə qabiliyyətini sarsıtmır.