Əbu Hilali Suriya hadisələrində əvvəldən iştirak edib
Suriyanın Hələb şəhərinin cənubunda ordu qüvvələri ilə toqquşmada “əl-Nüsrə Cəbhəsi” terror qruplaşmasının başçısı öldürülüb.
Strateq.az xarici mətbuata isnadən bildirir ki, Suriya silahlı qüvvələri Hələbin cənubunda Xənasir məntəqəsində “Əl-Nüsrə Cəbhəsi” terror qruplaşmasının başçısı Əbu Hilalı öldürüb.
“Əl-Nüsrə Cəbhəsi”nin üzvləri son günlərdə Xənasirə hücum etməklə Hələb şəhərinə yardım yollarının qarşısını almağa və bu şəhəri mühasirə etməyə cəhd göstəriblər.
Əbu Hilal Suriyada gərginliklər başlandıqdan “Əl-Nüsrə Cəbhəsi” terror qruplaşmasına qoşularaq Suriya vətəndaşlarına qarşı cinayətlərin törədilməsində iştirak edib.