XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 May 2018 - 10:31

Mətbuat katibi:“Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşünü istisna etmirik”

“Nikol Paşinyan mayın 8-də baş nazir seçilərsə, mayın 14-də onun Rusiya prezidenti Vladimir Putinlə görüşünü istisna etmirik”.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, bunu Nikol Paşinyanın mətbuat katibi Tiqran Avinyan bildirib.

Qeyd edək ki, mayın 14-də Rusiyanın Soçi şəhərində dövlət başçılarının Avrasiya İqtisadi İttifaqı Ali Şurasının iclası keçiriləcək. Bu görüşün də həmin toplantı çərçivəsində reallaşacağı gözlənilir.

Xatırladaq ki, mayın 8-də Ermənistan parlamentində baş nazir seçkisinin ikinci turu keçiriləcək. Bu posta yeganə namizəd Nikol Paşinyandır. Mayın 1-də keçirilən brinci turda o lazım olan 53 səsi toplaya bilməmişdi.