XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 May 2018 - 11:02

Corc Buş xəstəxanadan evə buraxılıb

ABŞ-ın keçmiş prezidenti Corc Buş (ata) Hyuston xəstəxanasından evə buraxılıb.

Trend-in məlumatına görə, bunu onun ailəsinin nümayəndəsi Cim Makqrat “Twitter” sosial şəbəkəsində yazıb.

“Həkimlər onun səhhətinin yaxşı olduğunu bildirir”, C.Makqrat qeyd edib.

Qeyd edək ki, aprel ayında Buş sətəlcəm səbəbindən təkrar müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilmişdi.