XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 May 2018 - 12:18

Filippin sahillərində güclü zəlzələ olub- 6,1 bal gücündə

Mayın 5-də Filippin sahillərində 6,1 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, zəlzələ yerli vaxtla saat 06:19-da (Bakı vaxtı ilə saat 10:19) qeydə alınıb. Yeraltı təkanların episentri Pandan şəhərindən 56 kilometr şimal-qərbdə, ocağı isə 18 kilometr dərinlikdə yerləşib.

Təbii fəlakət nəticəsində həyatını itirənlər, xəsarət alanlar və sunami təhlükəsi barədə hələlik məlumat verilmir.