XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 May 2018 - 12:44

Rusiyadan 11 minə yaxın xarici vətəndaş çıxarılıb- İlin ilk rübündə

2018-ci ilin ilk 3 ayı ərzində Rusiya ərazisindən, təxminən, 11 min xarici vətəndaş çıxarılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat veriblər.

“2018-ci ilin ilk rübündə Rusiya Federasiyasının ərazisindən 10,98 min xarici vətəndaş çıxarılıb”, – məlumatda deyilir.

Eyni zamanda Rusiya DİN-in məlumatına görə, bu müddət ərzində Rusiyaya 1,4 milyon işçi miqrant daxil olub. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 6,2% azdır.