XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

05 May 2018 - 17:33

Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Brüsselin Moskvaya münasibətdə siyasətini tənqid edib

Rusiyanın Avropa İttifaqındakı (Aİ) daimi nümayəndəsi Vladimir Çijovun fikrincə, Rusiya Federasiyası ilə Aİ arasında münasibətlər “ən yaxşı formada deyil” və bunu normal hal hesab etmək olmaz.

Azərtac xəbər verir ki, diplomat bu fikrini DW-yə müsahibəsində söyləyib. Rusiya diplomatik missiyasının rəhbəri hesab edir ki, Avropa İttifaqı Moskva ilə Brüsselin uzun illər ərzində birgə yaratdığı tərəfdaşlığın arxitekturasını “anlaşılmaz səbəblər üzündən çox cəhətdən dondurub”.

Çijov qeyd edib ki, Rusiya tərəfi “keçmişə qayıtmamağı” və indiki məqamdan başlayaraq işləri “həmişəkindən daha yaxşı, adət etdiyimizdən daha yaxşı aparmağı” üstün tutardı. Rusiyalı diplomatın sözlərinə görə, bunun üçün “Avropa İttifaqı indiki kursu, Rusiya ilə əməkdaşlıq kursu ilə əvəz etməlidir”.

Siyasi dialoqun davam etdiyini bildirən Çijov xatırladıb ki, 2014-cü ildən bəri ali səviyyədə, o cümlədən nazirlər səviyyəsində daimi əlaqələrin kəsilməsi “hər iki tərəfə ziyan vurur”.