XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 May 2018 - 18:14

Ankaranı sel basıb- 6 nəfər yaralanıb

Türkiyənin paytaxtı Ankara şəhərini sel basıb.

APA-nın hurriyet.com.tr-yə istinadən verdiyi xəbərə görə, selin baş verməsinə səbəb şəhərə düşən intensiv yağışlar olub.

Sel nəticəsində evləri və ofisləri su basıb, 6 nəfər xəsarət alıb, onlarla avtomobilə ziyan dəyib.

Ankara bələdiyyəsinin rəhbəri Mustafa Tuna bildirib ki, hadisə zamanı ölüm faktı qeydə alınmayıb.

Ankarada hələ 3 gün ərzində yağmurlu hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır.