XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 May 2018 - 10:45

Livanda parlament seçkiləri keçirilir- 128 yer üçün 583 namizəd...

Bu gün Livanda parlament seçkiləri başlayıb.

Azərtac RİA Novosti saytına istinadla xəbər verir ki, parlamentdə 128 yer üçün 583 namizəd qeydə alınıb. Yerlər etnokonfessional cəhətlər üzrə 11 qrupa bölünüb.

Livan vətəndaşları 2009-cu ildən bəri ilk dəfə olaraq parlament seçkilərində səs verə biləcəklər. Belə ki, hazırkı parlament ölkədə siyasi sabitlik olmaması bəhanəsilə fəaliyyət müddətini üç dəfə uzatmışdı.