XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

06 May 2018 - 11:06

Suriyanın İdlib vilayətinə hava zərbələri endirilib- Ölənlər var

Suriyanın İdlib vilayətinin yaşayış məntəqələri yenidən kütləvi hava zərbələrinə məruz qalıb.

“Report”un məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər verib. İdlibin Mülki Müdafiə İdarəsinin (ağ dəbilqəlilər) nümayəndəsi Mustafa Hac Yusuf agentliyə bildirib ki, əl-Nukayar ərazisində kəndin, Xan-Şeyxun şəhəri yaxınlığında Oreynibe adlı yaşayış məntəqəsinin bombardmanlara məruz qalması nəticəsində 6 nəfər həlak olub, daha 12 nəfər yaralanıb.

Yaralananların əksəriyyəti uşaqlardır. Bəşşar Əsədə məxsus aviasiya əl-Zekat, əl-Saxır və Kastun kəndlərinə, həmçinin Xama vilayətinin şimalındakı Kifren-Bude və Latamne qəsəbələrinə hava zərbələri endirib. İdlibin Mülki Müdafiə İdarəsinin məlumatına görə ilin əvvəlindən bu günə kimi, deeskalasiya zonasında 652 nəfər, o cümlədən 149 uşaq və 121 qadın öldürülüb, daha 4291 suriyalı yaralanıb.