XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

06 May 2018 - 11:24

Zürafə film çəkilişi zamanı kinorejissoru öldürüb- СAR-da

Kinorejissor, Kann festivalının qaliblərindən olan Karlos Karvalo CAR-da “Cerald” ləqəbli zürafənin hücumu zamanı ölüb.

“Report” xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. Nəşrin məlumatına görə, kinorejissor heyvanları yerli fermalardan birində iri planda lentə alıb. Bu zaman zürafə gözlənilmədən rejissora yaxınlaşıb və 47 yaşlı Karvalonu vuraraq, onu bir neçə metr kənara atıb. Rejissor xəstəxanaya yerləşdirilib, lakin başından aldığı xəsarət nəticəsində orada ölüb. Operator Dirk van der Merv bildirib ki, Karvalo hadisədən bir neçə dəqiqə əvvəl ondan fotosunu çəkməsini xahiş edib. O, fotosunu ailə üzvlərinə göndərmək niyyətində olub.