XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

06 May 2018 - 13:05

Yaponiya və Çin hərbi mübadilə proqramını bərpa edir- 6 illik fasilədən sonra

Yaponiya və Çin altı illik fasilədən sonra Yaponiya Özünümüdafiə Qüvvələrinin və Çin Xalq Azadlıq Ordusunun təlimatçılarının mübadiləsi proqramını bərpa etməyi planlaşdırırlar.

Azərtac Yaponiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Müdafiə Sahəsində Tədqiqatlar Milli İnstitutu və Çin Milli Müdafiə Universiteti cari ilin sentyabrında iki tərəf arasında mübadilə proqramının rəsmi şəkildə təsdiqini planlaşdırırlar. Bu iki təhsil müəssisəsinin nümayəndələri hərbi akademiyaların Tokioda keçiriləcək beynəlxalq konfransında iştirak edəcəklər.

Yaponiya cari ilin sonlarına doğru Çinin təlimatçılarını müdafiə siyasəti barədə mühazirələr oxumaq üçün dəvət etməyi də planlaşdırır.