XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 May 2018 - 15:49

İtaliya sahillərində seysmometr quraşdırılacaq- Zəlzələnin ölçülməsi məqsədilə

Romada Milli Geofizika və Vulkanologiya İnstitutu, İtaliya Sənaye Nazirliyinin Mineral Resursların Ekoloji Təhlükəsizliyi Departamenti və İtaliya Mineral Assosiasiyası arasında bağlanmış sazişə müvafiq olaraq ölkənin neft quyularına yaxın sahillərində zəlzələnin ölçülməsi məqsədilə seysmometr quraşdırılacaq.

Azərtac ANSA informasiya agentliyinə istinadla xəbər verir ki, yeni ölçü cihazı dənizdə baş verən zəlzələlərin lokalizasiyasına və tədqiqinə imkan verəcək. Saziş 15 il qüvvədə olacaq.