XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 May 2018 - 19:12

Çavuşoğlu rusiyalı turistləri ölkəsinə rus dilində dəvət edib- VİDEO

Türkiyə ölkəyə gələn rusiyalı turistlərin sayıda artım gözləyir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Turk” telekanalına rus dilində müsahibəsində deyib.

“Rusiyadan daha çox turist görmək istəyirik. Türkiyə çox gözəl ölkədir və Antalya gözəl şəhərdir. Türk mətbəxi çox dadlıdır”, – deyə Çavuşoğlu bildirib.

2017-ci ildə Türkiyəyə 4,72 milyon rusiyalı turist gəlib ki, bu da 2016-cı ilin göstəricilərini 5,5 dəfə üstələyir.