XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 May 2018 - 19:34

Qafqaz dağ mərkəzi tikiləcək- Gürcüstanda

Gürcüstanın Svaneti bölgəsində Qafqaz dağ mərkəzinin inşası planlaşdırılır.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, mərkəzin tikintisi ilə bağlı ideya dünyaca məşhur italyan alpinist Raynhold Messnerə məxsusdur.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili R.Messnerlə görüşdə mərkəzin inşasını ölkədə turizmin gələcək inkişafı üçün çox yaxşı imkan adlandırıb: “Mərkəz turizmin inkişafına böyük təkan verməklə yanaşı, çoxlu turist cəlb edəcək”.

R.Messner öz növbəsində deyib ki, layihə Gürcüstanın dünya alpinizmində mərkəzi yer tutması üçün böyük imkandır.

R.Messner İtaliya Alplarında dağ muzeyləri şəbəkəsi yaradıb və Qafqaz dağ mərkəzi bu şəbəkənin bir hissəsi olacaq. Mərkəz italyan memar Verner Çoll tərəfindən dizayn olunacaq.