XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

06 May 2018 - 19:57

ABŞ hərbi gəmilərini lazer silahı ilə təchiz edir- FOTO

ABŞ hərbi-dəniz qüvvələri (HDQ) top və raket qurğularının əvəzinə, hərbi gəmilərini «Helios» lazer çilahı ilə təchiz etməyi planlayır.

ABŞ hərbiçilərinə istinadla, bu barədə «DailyStar» nəşri yazıb.

«Helios»un zenit-artillerya qurğusu olan «PhalanxMK-15»-ləri əvəzləyəcəyi gözlənilir . Onlar gəmiləri çoxsaylı təhlükələrdən qoruya biləcəklər.

«İndi söhbət o lazerdən gedir ki, onlar gəmiləri pilotsuz uçan aparatlardan, kiçik gəmilərdən və yaxın məsafədən təsir göstərən digər silahlardan qorumaq üçün şüa strukturuna və gücünə malikdirlər» – deyə, mənbə bildirib.

Nəşrin yazdığına görə, lazer silahıdan istifadə ABŞ donanmasını həm də lazımi döyüş sursatı daşımaqdan azad edəcək.

Bunanla bərabər, mütəxəssislər qeyd edirlər ki, donanma hələ bu yeniliyə hazır deyil. Məsələn, strateji və büdcə qiymətləndirməsi Mərkəzinin eksperti Mark Hanzingerin sözlərinə görə, hələlik lazer silahının gəmilərdə «adekvat eletrik təchizatı» sistemi işlənib hazırlanmayıb(AzPolitika.info).