XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

06 May 2018 - 21:14

Daxili işlər naziri silahlı hücuma məruz qalıb- Pakistanda

Mayın 6-da Pakistan daxili işlər naziri Axsan İkbal Pəncab əyalətinin Naroval şəhərində silahlı hücuma məruz qalıb.

Azərtac RİA Novosti agentliyinə istinadla bildirir ki, silahlı hücum nəticəsində Axsan İkbal güllə yarası alıb.

Hadisə şəhərdə keçirilən mitinq zamanı baş verib. Gənc bir oğlan nazirin olduğu avtomobilə yaxınlaşıb və ona atəş açıb. Axsan İkbal dərhal xəstəxanaya yerləşdirilib. Onun həyatı üçün təhlükə yoxdur.

Hadisəni törədən şəxs artıq saxlanılıb. İstintaq aparılır.