XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 May 2018 - 21:35

Türkiyədə körpü uçub:8 nəfər yaralanıb

Türkiyənin qərbində yerləşən Didim şəhərindəki dəniz körpüsünün çökməsi nəticəsində səkkiz nəfər yaralanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, beşulduzlu otelə məxsus 10 metr hündürlüyündə beton körpü üzərində çoxlu sayda insanın olduğu zamanı uçub.

Hadisə yerinə gələn xilasedicilər hamını xilas edə biliblər. Səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, iki qadının vəziyyəti ağırdır.

Onların hamısının Türkiyə vətəndaşı olduğu bildirilir.

Hadisənin səbəbləri araşdırılır.