XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 May 2018 - 20:55

İsrail HƏMAS-ın mövqelərini bombalayıb- Qəzzada

İsrailin Hərbi Hava Qüvvələri yəhudi dövləti ərazisində yanğınlar törətmək məqsədi ilə atılan “yanan hava ilanları”na cavab olaraq Qəzza zolağının şimal hissəsində Fələstinin HƏMAS hərəkatının mövqelərinə hücum edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Müdafiə ordusunun mətbuat xidməti bazar günü yayılan kommünikedə deyib. Bildirilir ki, İsrail ordusu mənbəyi Qəzza zolağı olan “terror fəallığının yatırılması üzrə fəaliyyətini davam etdirəcək”. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, cümə günü Qəzza zolağı ilə sərhəddə İsrail əsgərləri ilə toqquşmalar nəticəsində 70 fələstinli xəsarət alıb. İğtişaşlarda 10 minə yaxın fələstinli iştirak edib.