“Vesti” teleproqramına müsahibə verən Rusiya prezidenti Vladimir Putin ABŞ-a xoşməramlı mesaj göndərib. Strateq.az xəbər verir ki, jurnalistin sualını cavablandıran prezident ABŞ-da qarşıdakı seçkilərdə kim seçilirsə seçilsin, onunla əməkdaşlığa hazır olduqlarını bildirərək deyib: “Amerika xalqının seçəcəyi hər rəhbərlə çalışa bilərik. çünki biz şəxslərlə deyil, dünyanın böyük və önəmli təsir gücünə malik ölkələrindən biriylə əməkdaşlıq edirik”.
Putin ABŞ-la aralarında olan fikir ayrılıqlarına da aydınlıq gətirib və ABŞ-la raketdənmüdafiə məsələsində fərqli düşündüklərini xatırladıb. “Bununla belə, bizim birgə əməkdaşlığımızı tələb edən ortaq problemlər var və Amerika xalqının seçəcəyi istənilən ölkə başçısıyla birgə fəaliyyətə hazırıq”-deyən Putin İsrailin bostanına daş atmağı da unutmayıb. Rusiyanın İrana S-300 raketlərini təslim edəcəyi təqdirdə, Tel-əvivin də Ukraynaya silah verəcəyiylə bağlı sualı cavablandıran Putin deyib: “Bu onların seçimidir. Amma bunun konstruktiv mövqe olacağını düşünmürəm. İrana satdığımız silahlara gəlincə, bunlar sadəcə müdafiə xarakterli silahlardır və İsrailin təhlükəsizliyini təhdid etmir”.