XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

07 May 2018 - 19:22

Paşinyan axşama kütləvi mitinq təyin edib –Müxalifətə dəstək verən məşhur ABŞ rok ulduzu Yerevana gəlir

 

Ermənistanın müxalifət lideri Nikol Paşiniyan mayın 7-də axşama Yerevanda kütləvi yürüş təyin edib. Məqsəd sabah parlamentdə keçiriləcək baş nazir seçkisi öncəsi xalqın ona dəstəyini göstərməkdir.

Yürüşdən öncə, yerli vaxtla saat 8-də Paşiniyan və tərəfdarları Yerevan aeroportuna erməni əsilli amerikalı rok ulduzu Serj Tankiyanı qarşılamağa gedəcəklər. Tankiyan Paşiniyanın etiraz hərəkatına xaricdən dəstəyini bildirib və Yerevanın mərkəzindəki Respublika Meydanında çıxış edəcəyi gözlənir. Paşiniyan həmçinin tərəfdarlarını mayın 8-də yenidən Yerevanın küçələrinə çıxmağa səsləyib. Onun niyyəti parlamentdəki səsvermə zamanı hakim Respublikaçı Partiyaya (HHK) təzyiq göstərməkdir.

42 yaşlı siyasətçi deyib ki, tərəfdarları qeyri-zorakı vətəndaş itaətsizliyi aksiyalarına hazır olmalıdırlar, çünki HHK-nın onun baş nazir seçmək vədini yerinə yetirəcəyinə 100 faizlik təminat yoxdur.

Mayın 2-də on minlərlə erməni Paşiniyanın ümumxalq tətili çağırışına hay verdilər. Paşiniyan mayın 8-də baş nazir seçilməzsə, daha bir tətil keçirməklə hədələyib.

Paşiniyan mayın 5-də jurnalistlərə deyib ki, müxalifətin HHK ilə “mümkün əməkdaşlığı” “faktiki siyasi durumdan” asılı olacaq. “Bizi gələcəyə aparacaq xeyli sayda potensial durum mümkündür”, – deyən Pashinian əlavə edib ki, əsas məqsədi “barışıq hökumətinin yaradılması”dır.

Azadlıq Radiosu