XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

07 May 2018 - 23:04

İranlılar nüvə sazişi ilə əlaqədar qeyri-müəyyənliyə görə narahatdır –“Elə bil, bu saziş heç olmayıb”  

 

Tehranın küçələrində prezident Trampın bu həftə Birləşmiş Ştatları İranla nüvə sazişindən çıxarıb-çıxarmamaq haqda qərar verməsi ərəfəsində narahatlıq və qorxu atmosferi hökm sürür.

Valyuta mübadilə mərkəzlərinin çoxu bağlanıb və rəsmi nisbət 1 dollar üçün 42 min rial olduğu halda, “qara bazar”da bir ABŞ dolları üçün İran rialının qiyməti 70 min həddinə çatıb. Bir zamanlar insanlarla dolu olan elektro-texnika mağazaları adamlar pula qənaət etmək istədiyi üçün indi boşdur. İnsanların ölkəni tərk etmək haqda açıq danışdığını isə hər yerdə müşahidə etmək olar: “Bizim hamımız qarşıda qeyri-müəyyən gələcək haqda fikirləşirik. Hamı bu barədə düşünür. Hamı gələcəkdən qorxur, mən də. Mən nə olacağını bilmirəm, biznes qalacaq, yoxsa yox. Bu vəziyyət hamımızı narahat edir”, Tehranda 27 yaşlı satıcı Əmin Hüzur deyir.

İran paytaxtında prezident Trampın şənbə günü Tehranla nüvə razılığından çıxıb-çıxmamaq haqda qərar vermək üçün son möhlətlə qarşılaşdığı bir vaxt mövcud əhval-ruhiyyə 2015-ci ildə dünya qüdrətləri ilə razılığın əldə edildiyi elan edilən gün küçələrdəki bayram sevinci ilə təzad təşkil edir. İnsanlar İranın 1979-cu ildə İslam inqilabından və Tehranda Amerika səfirliyində girov böhranından sonra təcrid olunmuş ölkə statusundan tədricən çıxa biləcəyi ilə bağlı ümidlərini ifadə edirdi. Bəziləri Tehranın nüvə proqramı ilə əlaqədar tətbiq edilmiş və ölkə iqtisadiyyatını çökdürmüş sanksiyaların aradan qaldırılmasına görə İran prezidenti Həsən Ruhanini və İranın digər mötədil siyasətçilərini tərifləyirdi.

Lakin bu gün nüvə sazişinin faydalarından yalnız çox az sayda adam danışa bilər. “Biz xüsusilə də iqtisadiyyat, ya da həyatımıza hansısa bir təsirin olduğunu görmürük. Elə bil, bu saziş heç olmayıb”, 26 yaşlı memar Şadi Qulami deyir.

Nüvə razılığının əldə edilməsi İranın xam nefti və təbii qazını beynəlxalq bazara çıxarmasına imkan versə də, ölkədə yüksək işsizliyə bunun təsiri olmayıb. İşsizlik xüsusilə də ölkə gəncləri arasında yüksəkdir. Hökumətdə korrupsiya da ciddi problem olaraq qalır: ”Bizim iqtisadi problemlərimizin nə razılıq, nə də Trampla heç bir əlaqəsi yoxdur. Bizim problemimiz rəsmilərin öz ciblərini fikirləşməsidir. Onlar əgər həqitətən də öz gəlirləri deyil, adamlar haqda fikirləşsələr, insanların bugünkü problemləri olmazdı. Əsas problem budur”,- özəl şirkətdə satış meneceri olan 33 yaşlı Ladan Şiri deyir.

İranlılar arasında ölkəni tərk edib başqa yerdə köçmək haqda fikirlər getdikcə daha çox səslənir. Yaxınları olduğu halda, əsas seçim Qərbi Avropa olaraq qalır. Lakin başqaları viza rejiminin tətbiq edilmədiyi Ermənistan, Gürcüstan və Serbiyada vətəndaşlıq almaq kimi seçim edir. (Amerikanın Səsi)