ABŞ Prezidenti Donald Trampla fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Bu barədə Yelisey sarayı məlumat yayıb.
“Hər iki prezident təhlükəsizlik məsələlərini və Yaxın Şərqdəki siyasi vəziyyəti müzakirə edib”, – deyə bildirilib.
Bildirilib ki, söhbət zamanı Ağ Ev rəhbəri ölkəsinin İranla nüvə razılaşmasından çıxacağını vurğulayıb/Axar.az.