XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 May 2018 - 12:23

Moskvada Qələbə paradı başlayıb- FOTO

Rusiyanın paytaxtı Moskvada, Qızıl Meydanda İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə təşkil olunan parad başlayıb.

“Report”un Rusiya bürosunun məlumatına görə, Qızıl Meydanda düzülən Rusiya Silahlı Qüvvələrinin hərbçiləri müdafiə naziri Sergey Şoyquya tədbirin başlaması barədə məruzə ediblər.

Ümumilikdə paradda 13 min hərbçi, 159 zirehli texnika, 75 təyyarə və helikopter iştirak edəcək.

Rusiya prezidenti Vladimir Putin, dövlət və hökumət rəsmiləri, həmçinin qonaqlar paradı izləyir.