XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

09 May 2018 - 13:49

Yaponiya, Çin və Cənubi Koreya liderlərinin üçtərəfli görüşü keçirilir- Tokioda

Mayın 9-da Tokioda Yaponiyanın Baş naziri Şinzo Abenin, Çinin Dövlət Şurasının Baş naziri Li Keçyanın və Cənubi Koreyanın Prezidenti Mun Ce-inin 2015-ci ildən bəri ilk dəfə üçtərəfli görüşü başlayıb.

Azərtac xəbər verir ki, görüşü açan Şinzo Abe aprelin 27-də Cənubi və Şimali Koreya liderlərinin Koreya yarımadası haqqında imzaladığı bəyannaməni yüksək qiymətləndirib. Baş nazir həmin sənəddə Şimali Koreyanın nüvə silahından imtina etməsi barədə fikrin əks olunmasını onun əsas tezisi adlandırıb. Ş.Abe qeyd edib ki, Yaponiya Şimali Koreyanın kəşfiyyat orqanları tərəfindən oğurlanmış yapon vətəndaşlarının geri qaytarılmasında Çin və Cənubi Koreya ilə əməkdaşlığa böyük ümid bəsləyir.

Görüşdə çıxış edən Çinin Baş naziri Li Keçyan bildirib ki, ölkəsi zorla saxlanan yapon vətəndaşları məsələsinin tezliklə həllinə kömək göstərməyə hazırdır. Baş nazir əlavə edib ki, bu üç ölkə qarşılıqlı faydaya əsaslanan əlaqələri inkişaf etdirərək, Şimal-Şərqi Asiyada sabitliyə nail ola bilərlər.

Cənubi Koreya Prezidenti Mun Ce-in isə öz növbəsində deyib ki, Koreya yarımadasında soyuq müharibənin dayanması bütün dünyada sülhün möhkəmlənməsinə xidmət edəcək.

Üçtərəfli görüşdən sonra liderlər arasında ikitərəfli danışıqların keçiriləcəyi gözlənilir.

Tərəflərin görüş zamanı son hadisələrdən sonra Koreya yarımadasında vəziyyəti, üç ölkə arasında azad ticarətin təşkilini, həmçinin Çoxtərəfli Regional İqtisadi Tərəfdaşlıq (RCEP) razılaşmasını müzakirə edəcəkləri bildirilir.