XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

09 May 2018 - 16:51

Almaniyadan silah ixracı artıb- Rəqəmlər

Angela Merkelin 2013-2017-ci illərdə üçüncü müddətə Almaniya kansleri vəzifəsində olduğu dövrdə hərbi təyinatlı məhsulların ixracı əvvəlki dördillik müddətlə müqayisədə xeyli artıb. Azərtac xəbər verir ki, bundestaqdakı “sollar” fraksiyasının sorğusuna Almaniya İqtisadiyyat Nazirliyinin cavabında belə deyilir.

Əvvəlki “böyük koalisiya” dövründə ixrac edilmiş hərbi malların ümumi dəyəri 8,6 milyard avro təşkil edib. 2009-2013-cü illərdə mühafizəkarla liberalların koalisiyasının hakimiyyəti dövründə isə müvafiq göstərici 6,6 milyard avroya bərabər olub. Bu zaman böhranlı ölkələrə, məsələn, Əlcəzair, Qətər, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə ixrac payı, demək olar, iki dəfə artaraq 43,2 faizdən 83,5 faizə çatıb.