XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 May 2018 - 18:08

«ABŞ-ın sazişdən çıxması Pxenyana aydın siqnaldır»- Trampın müşaviri

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bəyan edib ki, Birləşmiş Ştatların İranla bağlanmış nüvə sazişindən çıxmaq barədəki qərarı Pxenyana aydın siqnaldır. Bu göstərir ki, ABŞ onunla da qeyri-adekvat saziş bağlanmasına getməyəcək.

«Biz, yalnız güc mövqeyindən danışıqlar aparmırıq. Sazişdən çıxış yalnız İrana yox, həm də Kim Çen Inla gözlənilən görüşə təsir göstərəcək. Bu, aydın siqnal göndərəcək ki, ABŞ qeyri-adekvat sazişi qəbul etməyəcək. Koreya Xalq Demokratik Respublikasına (KXDR) siqnaldır .Prezident real saziş istəyir» – deyə, Bolton jurnalistlərə bildirib.

Prezident müşaviri bildirib ki, ABŞ Prezidenti mayın 9-da Avropa ölkələri ilə İran üzrə danışıqları davam etdirəcək. Onun fikrincə, mövcud saziş İranın nüvə silahını daşımaq üçün vasitələr yaratmasına mane olmayıb(azpolitika.info).