ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı birtərəfli sanksiyalar rejiminin müddətini daha bir il uzatmaq barədə qərar qəbul edib.
“Report” TASS-a istinadən xəbər verir ki, Ağ ev müvafiq bildirişi çərşənbə günü ABŞ Konqresi rəhbərliyinə göndərib.
Sənədin mətnini Amerika liderinin mətbuat xidməti yayıb.