XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

19 Aprel 2015 - 05:11

İndoneziyada Asiya-Afrika konfransı başlanır

“BMT TŞ-nın daimi üzvlərinin sayı artırılmalıdır”

Bu gün İndoneziyada 60 il əvvəl Bandunq şəhərində keçirilmiş bu cür foruma həsr edilmiş Asiya-Afrika konfransı başlanır.

Strateq.az xarici KİV-ə isnadən xəbər verir ki, tədbirdə 100-dən çox ölkənin təmsilçisi qatılacaq. Əsas tədbirlər Cakartada və Asiya, Afrika ölkələrinin beynəlxalq münasibətləri üçün bu günədək təməl rolunu oynamış 10 dinc mövcudluq prinsiplərinin müəyyən edildiyi Qərbi Yava adasındakı Bandunq şəhərində baş tutacaq.

Bu gün Cakartada yüksək vəzifə sahibləri səviyyəsində görüşlər keçiriləcək. Aprelin 21-də paytaxtda Asiya-Afrika ölkələrinin biznes-sammiti gerçəkləşəcək, aprelin 22-23-də isə bölgə dövlətləri başçılarının sammiti keçirilməlidir. Onda 30 dövlət başçısının, o cümlədən çin, Yaponiya, Tailand, CAR, Efiopiya, Pakistanın rəhbərləri iştirak edəcək.

Konfransın yekunları əsasında üç əsas sənədin – Bandunq müraciəti, yeni Asiya-Afrika strateji tərəfdaşlığının fəallaşdırılması üzrə bəyannamə, həmçinin suveren Fələstin dövlətinə dəstək üzrə bəyannamə qəbul ediləcəyi gözlənilir.

Yəməndəki durum və BMT Təhlükəsizlik Şurasının tərkibi də konfransın diqqət mərkəzində ola bilər. Yerli müşahidəçilər hesab edirlər ki, “Təhlükəsizlik Şurasının beş daimi üzvü (Böyük Britaniya, çXR, Rusiya, ABŞ, Fransa) planetin bütün əhalisinin maraqlarını bərabər şəkildə təmsil edə bilmir. Konfransda daimi üzvlərinin sayının artırılması barədə təklif irəli sürmək zəruridir”.