“Rusiyanın 4 mindən çox vətəndaşı Suriyada terrorçuların sırasında döyüşür”.
TASS xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromoltov ATƏT-in antiterrora həsr olunan konfransında bildirib.
“Hazırda Rusiyadan gedib silahlı qruplaşmaların tərkibində döyüşən 4 mindən çox vətəndaşımızın işi hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Terrorçuların çoxu rusiyaəsilli olduqlarını bildirsələr də, onlar ölkəmizə qayıtmağa cəhd göstərmirlər. Onlar Rusiyada sərt və ədalətli cinayət təqibindən qaça bilməzlər”, – deyə o, vurğulayıb/Report.