XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

10 May 2018 - 23:46

Keniyada bəndin dağılması nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb –Əhali təxliyə olunur

Keniyada bəndin dağılması nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb, habelə çoxlu sayda itkin düşənlər var.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, hadisə nəticəsində evlərə, müəssisələrə və məktəblərə zərər dəyib. Bundan əvvəl Keniya mətbuatı 38 nəfərin həlak olması və 39 nəfərin xəsarət alması barədə məlumat yaymışdı.

Xatırladaq ki, mayın 10-na keçən gecə Subukia rayonunda “Patel” bəndinin dağılması nəticəsində sıx məskunlaşmış bir neçə kəndi su basıb. Yerli hökumət nümayəndələrinin sözlərinə görə, hazırda zərər dəymiş ərazilərdəki əhali təxliyə olunur.