XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

11 May 2018 - 09:06

Putin və Ərdoğan arasında telefon danışığı olub –Iranla bağlı böhranı müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, tərəflər telefon danışığı zamanı ABŞ-ın İranla nüvə razılaşmasından çıxması məsələsini müzakirə ediblər.

Bundan əlavə, prezidentlər Birgə Hərtərəfli Fəaliyyət Planının beynəlxalq təhlükəsizlik üçün vacib əhəmiyyəti olduğunu vurğulayıblar və bu kontekstdə gələcək addımların əlaqələndirilməsi barədə razılığa gəliblər.

Putin və Ərdoğan Suriya və əsas ikitərəfli layihələrin həyata keçirilməsi məsələlərinə toxunublar.