XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

11 May 2018 - 09:15

Trampdan Tehrana təklif:“İranla ədalətli və yaxşı sövdələşmə imzalaya bilərik”

ABŞ prezidenti Donald Tramp Birgə Hərtərəfli Hərəkət Planından çıxdıqdan sonra İranla “yaxşı saziş” imzalamaq istədiyini bildirib.

Tramp qeyd edib ki, sövdələşmə İranın nüvə silahı əldə etməsi imkanının qarşısını ala bilməyib və bunun nəticəsi olaraq Yaxın Şərqin pulu olan digər ölkələri nüvə silahı əldə etmək üçün imkanlar axtarmağa başlayacaqdılar: “Bu, fəlakətə səbəb olardı”: “Mən ümid edirəm ki, onlarla ədalətli, yaxşı sövdələşmə bağlaya bilərik.  Onlar üçün də ən yaxşısını… Amma biz İrana nüvə silahına malik olmasına imkan verə bilmərik”.

Bununla yanaşı Tramp deyib ki, ABŞ-ın İranın onların aldatmadığına əmin olması üçün onların hərbi bazalarına girmək imkanı olmalıdır: “Əlbəttə, biz əminik ki, bizi aldatmırlar, amma hər hər halda yoxlamaq üçün bu pis olmazdı”.

Strateq.az