XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

11 May 2018 - 09:53

Ter-Petrosyan Paşinyana müraciət etdi:“Yeganə yol növbədənkənar parlament seçkiləridir”

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bəyan edib ki, “ölkə üçün hazırkı təhlükəli vəziyyətdən çıxmağın yeganə yolu növbədənkənar parlament seçkisinin keçirilməsidir”.

Azadlıq Radiosu bildirir ki, Ter-Petrosyan bu barədə iLur.am saytında dərc etdirdiyi “Zəruri izahat” məqaləsində yazıb.

O yazır: “Bu günlərdə hamı qeyri-adi situasiyaya aydınlıq gətrimək üçün baş sındırır. Parlament çoxluğu özünü müxalifət elan edib, icra hakimiyyəti isə azlığın hökuməti hesab olunur. Belə bir vəziyyət dövlət aparatının maneəsiz işləməsinə mane olur. Parlamentdə çoxluğa malik Resbilkaçı Partiya hakimiyyətin bütün qanunvericilik təşəbbüslərini bloklaya bilər. Son bəyanatları nəzərə alınarsa, onlar bunu heç gizlətmirlər də…”

Levon Ter-Petrosyan sual edir ki, belə bir vəziyyətdə Nikol Paşinyan nə edə bilər?

O qeyd edir ki, Paşinyan indiyədək bütün problemləri kütləvi etirazın köməyi ilə həll edib. Onun fikrincə Paşinyan bundan sonra eyni taktikadan istifadə edə bilməyəcək. Vəziyyəti ağırlaşdıran budur ki, hazırkı parlamentin legitimliyini beynəlxalq icma da tanıyıb.

Levon Ter-Petrosyan yazır ki, parlament seçkisinin keçirilməsinin özü də asan olmayacaq, beləki seçki məcəlləsinə lazımi düzəliş və əlavələr hazırkı parlamentdən keçirilməlidir.

Levon Ter-Petrosyan 1991-1998-ci illərdə prezident olub. O hakimiyyətinin son illərində Azərbaycanla dialoqa meylli olduğunu nümayiş etdirirdi. Ter-Petrosyan bu barədə məqalə ilə çıxış etmişdi. Nəhayət 1998-ci ildə prezident Dağlıq Qarabağ münaqişəsinin kompromisli həllinə can atdığına görə istefaya məcbur edilib və hakimiyyətə Qarabağı ermənilərinin “Qarabağ klanı” adlanan qruplaşması gəlib.

Hazırkı baş nazir Nikol Paşinyan Levon Ter-Petrosyanın komandasına daxil siyasi fiqurlardan hesab olunurdu.