XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 May 2018 - 10:21

Türkiyədə təyin olunacaq vitse-prezidentlərin sayı açıqlandı

Türkiyədə prezident idarəetmə formasına keçid çərçivəsində 5 vitse-prezident təyin olunacaq.Bu barədə Trend Türkiyə KİV-lərin istinadən məlumat verir. Bundan başqa, nazirliklərin sayı 21-dən 15-ə endiriləcək. Bir sıra nazirliklərin isə birləşdirilməsi nəzərdə tutulur.

 Lakin hələ ki bu məlumat rəsmi təsdiqini tapmayıb.

Bundan əvvəl bildirilirdi ki, 2019-cu ildə prezident idarəçiliyi formasına keçidlə bağlı Baş nazir postu ləğv ediləcək. Həmçinin Türkiyə parlamentində deputatların sayının 550-dən 600-ə artırılacaq, yeni komissiyaların yaradılacaq.