XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

19 Aprel 2015 - 07:52

Gümrüdə daha bir qətliam

Ermənistanın Gümrü şəhərində daha bir qətl hadisəsi baş verib: Muş məhəlləsində iki qadının cəsədi doğranmış vəziyyətdə tapılıb.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, qətlə yetirilənlər 60 və 40 yaşlı ana və qızıdır. Sakinlərin sözlərinə görə, evdə hər şey dağıdılıb. Hadisə yerində polis araşdırma aparır.

Xatırladaq ki, yanvarın 12-də Gümrüdə 102-ci rus bazasının hərbçisi Valeri Permyakov bir ailənin 6 üzvünü öldürmüş, 6 aylıq uşağı isə yaralamışdı. Yaralı uşaq az sonra xəstəxanada ölmüşdü.