XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 May 2018 - 21:50

Yerevanda etirazçılar avtomobil yolunu bağlayıb –Silahlı qrup üzvlərinin azad olunmasını tələb edirlər

 

Yerevanda etirazçılar Arşakunyats prospektini bağlayıblar.

APA-nın “Sputnik Armeniya”ya istinadən verdiyi xəbərə görə, etiraz aksiyasına məhkəmənin “Sasna tsrer” silahlı qrupu üzvlərinin vəsatətinin təmin etməməsi səbəb olub.

Etirazçılar  qrup üzvlərinin azad edilməsini tələb edir.

Qeyd edək ki, 2016-cı ilin iyulunda Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt edən “Sasna tsrer” silahlı qrupunun üzvləri iyulun 31-də polisə təslim olublar. İki həftə davam edən qarşıdurma nəticəsində 3 polis əməkdaşı ölüb, 6-sı yaralanıb. Silahlı qrup üzvləri barəsində məhkəmə prosesi 2017-ci il,  iyunun 8-də başlayıb. Bir neçə nəfər artıq həbs cəzası alıb.