XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

12 May 2018 - 11:06

Argentina prezidenti DÇ-2018-də iştirak üçün Rusiyaya getməyəcək- Bu səbəbdən

Argentina prezidenti Maurisio Makri ölkədə yaranmış iqtisadi böhran səbəbindən futbol üzrə dünya çempionatında iştirak üçün Rusiyaya getməkdən imtina edib.

“Report” xəbər verir ki, bu barədə mənbəyə istinadən “Nacion” nəşri məlumat yayıb.

Bildirilir ki, Makri üçün hazırda ölkədəki çətin iqtisadi vəziyyəti yoluna qoymaq ən vacib məsələdir.

Son bir neçə gündə Argentina pesosunun məzənnəsi ABŞ dollarına nisbətdə tarixi minimumuna düşüb.

Makri yaranmış vəziyyətlə əlaqədar Beynəlxalq Valyuta Fondundan yardım istəyib.