XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

13 May 2018 - 10:11

İndoneziyada terrorçular kilsələrdə partlayış törətdilər –9 ölü, 40 yaralı  

İndoneziyanın Yava adasında yerləşən kilsələrdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 40 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə İndoneziyanın “Globe” qəzeti məlumat yayıb.

Birinci partlayış yerli vaxtla səhər saat 07.15 radələrində Surabaya şəhərindəki “Müqəddəs Məryəm” katolik kilsəsinin yaxınlığında törədilib.  Daha sonra 5 dəqiqə intervalla iki partlayış olub. İkinci partlayış Calan Diponeqoro şəhərindəki protestant kilsəsində, üçüncü partlayış Arcuno şəhərindəki kilsədə törədilib.

Kilsələrə hücum edənlər terrorçular dindarlar kimi geyinib və kilsələrdə dini ayin zamanı üzərlərindəki partlayıcı qurğunu işə salıblar.