XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 May 2018 - 18:06

Parisdə terror aktı törətmiş şəxs çeçendir –Ramzan Kadırov bəyanat verdi  

 

 

Parisin mərkəzində şənbə günü axşam bıçaq hücumu törətmiş şübhəli şəxs 1997-ci ildə Rusiyanın Çeçenistan respublikasında doğulmuş Fransa vətəndaşıdır.

Bu barədə BBC-yə  mənbələr bildirib. Media vasitələrində həmin adamın adı Həmzət Asimov kimi çəkilib. Onun Fransanın milli təhlükəsizliyini risk altına ala biləcək şəxslər siyahısında olduğu məlum olub.

Hücumçu Opéra rayonunda bir kişini öldürdükdən və 4 nəfəri yaraladıqdan sonra polis tərəfindən güllələnib. İŞİD hücumun arxasında durduğunu bəyan edib.

Fransa prezidenti Emmanuel Makron hadisədən sonra öz Twitter səhifəsində Fransada növbəti dəfə qan töküldüyünü yazaraq vurğulayıb ki, “azadlıq düşmənlərinin qarşısından bir addım da geriçəkilmə olmayacaq”. Son 3 il ərzində Fransada İŞİD qrupu tərəfindən qızışdırlan cihadçıların əlindən 230 adam ölüb.

Strateq.az bildirir ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov bu terrorçunun adının Həsən Əzimov olduğunu və Çeçnistanda doğulduğunu etiraf edib. Lakin onun hərəkətinin məsuliyyətini Əzimovun üzərinə qoyub: “Həsən Əzimov Çeçenistanda doğulub, amma o, fransız cəmiyyətinə böyüyb, onun baxışları və əqidəsi Fransada formalaşıb”.